Azərbaycanda daha bir medal təsis edilir.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakiyə çıxarılıb.
Layihəyə əsasən minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:
- minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;
- minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;
- minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə;
Medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda onlardan sonra taxılır.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.