Bakı şəhərinin baş planının layihələndirilməsi artıq hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
"Bakının baş planı üzrə işlər başa çatır. Aidiyyəti dövlət qurumları ilə son layihənin razılaşdırılması demək olar başa çatıb. Yaxın zamanda təsdiq üçün həmin qurumlara təqdim olunacaq", - komitə sədri bildirib.