4 Yanvar 2015 23:29
1 725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Mərvə adlı 4 yaşlı qızın görüntüsü bütün ölkəni təsirləndirib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Elazığ vilayətində bələdiyyə işçisi oyuncaq dükanının vitrininə baxan 4 yaşlı bir qızın şəklini çəkərək sosial şəbəkədə paylaşıb.

Ölkənin hər yerindən şəkli görən insanlar təsirlənərək balaca qızcığaza çoxlu oyuncaqlar göndəriblər.

Şəkli çəkən bələdiyyə işçisi Mərvənin məsum baxışlarından təsirlənərək onun fotosunu sosial mediada paylaşdığını deyib: “Şəkli görənlər “biz bu qıza oyuncaqları, hədiyyələri necə göndərə bilərik?” deyə soruşdular. Mənə 30-40 növ geyim və oyuncaq göndərdilər ki, Mərvəyə çatdırım. Hələ də ona nə isə göndərmək istəyənlər, onun ünvanını soruşanlar var”.

Mərvənin ailəsi dağ kəndlərindən birində yaşayır və sd məhsulları satmaqla özünü dolandırır. Mərvənin nənəsi nəvəsinin hədiyyələrə görə çox sevindiyini deyib: “Mərvə çox gözlədir. Uşaqlara da, “bu gün mənim dostlarım gələcək”, deyib heç bayıra çıxmadı”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər