Bölgələrdə həyata keçirilən qazlaşdırılma işlərinin yerində yoxlanılması və əməkdaşların iş şəraiti ilə tanışlıq prosesi davam edir.
Teleqraf.com xəbər verir ki, bu məqsədlə "Azəriqaz" İB-nin Baş direktorun müavini Ceyhun Şıxəliyev ilk olaraq Şəmkir rayonunun Aşağı Seyfəli kəndində olub.
Qurum rəsmisinə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Daha sonra ərazidə çalışan bir qrup birlik əməkdaşı "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb. Aşağı Seyfəli kəndindən sonra növbəti səfər Gədəbəy rayonunun ucqar ərazidə yerləşən Qoşabulaq kəndinə olub.
Ceyhun Şıxəliyev bu ünvanda da görülən işlərlə yaxından tanış olub, hər bir əməkdaşın iş şəraiti, mövcud vəziyyəti ilə maraqlanıb. İşlərlə tanışlıqdan sonra Baş direktorun müavini bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.