Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib.
Teleqraf.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla Dövlət Statistika Komitəsinin kollegiya üzvlərinin sayı 11 (on bir) nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının rəhbəri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiriAzərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Sosial statistika şöbəsinin müdiri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin ElmiTədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru.