1 İyun 2023 11:41
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası müəyyənləşir.

Teleqraf.com xəbər verir ki, bu, "İstehsalat və məişət tullantıları haqqında" qanuna yeni əlavə edilən 14-7-ci maddədə (Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi) əksini tapıb.

Layihəyə əsasən nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir:

- nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs;

"Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar tərəfindən:

- Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən;

- istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə.

Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər