Prezident İlham Əliyev ailə üzvləri ilə birgə “Sea Breeze Resort”də olub.
Teleqraf.com xəbər verir ki, bunu əks etdirən görüntüləri Xalq artisti Emin Ağalarov instaqram hesabında paylaşıb.
Fotolarda birinci xanım Mehriban Əliyeva, qızları Arzu Əliyeva və nəvələri də yer alıb.
O, fotoları “Gözəl bir gün, təşəkkürlər, cənab Prezident” başlığı ilə izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Bakının Nardaran qəsəbəsində 180 hektardan çox ərazini əhatə edən "Sea Breeze" 2010-cu ildə Emin Ağalarov tərəfindən təsis edilib.
Burada 10-dan çox restoran, kafe və bar, 14 hovuz, 5,5 km çimərlik ərazi var. Ərazidə həmçinin yeni yaşayış binaları da tikilib. Hazırda burada 10 mindən çox sakin yaşayır.