Avropa İttifaqına (Aİ) üzv ölkələr işçi çatışmazlığına həll axtarışları çərçivəsində yaşayış və iş icazələrini tənzimləyən qaydaları yeniləyirlər.
Teleqraf.com xəbər verir ki, İttifaqa üzv dövlətlərin Şurası Aİ əmək bazarına qanuni immiqrasiya ilə bağlı qanunların yenilənmiş variantını razılaşdırıblar.
Yeniləmə Aİ-nin “lazım olan istedadların Aİ-yə cəlb edilməsi”nə yönəlmiş paketi çərçivəsindədir.
Şuradan verilən açıqlamaya görə, "Vahid icazə" adlanan qanun Aİ vətəndaşı olmayanların da üzv ölkələrdə yaşamasını və işləməsini tənzimləyir.
Üzv dövlətlər bu icazəni Aİ-dən kənardan neçə nəfərə verəcəklərini müəyyənləşdirirlər.
Aİ-nin statistikasına görə, 2019-cu ildə üzv dövlətlər 3 milyona yaxın vahid icazə verib. Bunlardan 1,2 milyonu ilk dəfə verilən icazələr, digərləri isə yenilənmə və ya icazə dəyişiklikləri olub.