16 İyun 2023 13:28
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Müzakirələrdən sonra layihələr səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul olunub.

“Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliyə əsasən taksi sifarişi operatorları “Fərdi məlumatlar haqqında” qanunun 15-ci maddəsinin tələblərini nəzərə alıb, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatdan keçirməli olacaqlar.

Sənəddə deyilir ki, taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların real vaxt rejimində ötürülməsini təmin etməlidir.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər