Bu il Azərbaycanda narkotikə görə 5016 cinayət faktı aşkarlanıb. Onlardan 1707-si narkotik vasitələrin qanunsuz satışı, 3185-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 96-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 28-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü ilin yanvar-may aylarının yekununa dair məlumatda bildirilib.