17 İyun 2023 17:18
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Koronavirus xəstələrinin müalicəsi üçün tikilən modul tipli xəstəxanaların TƏBİB tabeliyindəki tibb müəssisələrinin nəzdində ehtiyac olan sahələr üçün istifadəyə verilməsirnə dair layihələr hazırlanıb".

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in icraçı diretoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, müvafiq razılaşdırmadan sonra fəaliyyəti dayandırılan digər modul tipli xəstəxanaların təyinatı dəyişdirilərək ehtiyacı olan sahələr üzrə istifadə olunacaq.

V.Qurbanov xatırladıb ki, hazırda COVID-19-a yoluxan aktiv xəstələrinin sayı azaldığı üçün onların müalicəsi üçün yalnız Məhəmmədi qəsəbəsindəki modul tipli xəstəxanası saxlanılıb: "Digər modul xəstəxanalar fəaliyyətini dayandırıb".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər