22 İyun 2023 19:35
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 85 illiyi münasibəti ilə planlaşdırılan tədbirlər silsiləsinə bu gün Bakı şəhərində gənclər arasında keçirilən şahmat turniri ilə start verilib.

Teleqraf.com xəbər verir ki, tədbirin təşəbbüskarı və təşkilatçısı Milli Hərəkatçılar Birliyidir.

Qatılanların çoxluğu və xüsusi maraqla diqqət çəkən turniri MHB başkanı Arif Acaloglu qısa giriş nitqi ilə açıq elan edib.

Turnir sonunda final mərhələsinə çıxan 16 gənc şahmatçıya diplomlar təqdim edilib.

Əsas yerlərin sahibləri iyunun 24-də keçiriləcək “Əbülfəz Elçibəy-85” tədbirində mükafatlandırılacaq və tutduqları yerlərə uyğun medallarla təltif ediləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər