23 İyun 2023 12:11
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu yaxınlarda Laçın nəzarət-buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki təxribat gözlənilən idi”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin növbədənkənar sessiyasında deyib.

Onun sözlərinə görə, AŞPA-da erməni deputatların bu təxribatı necə səbirsizliklə gözlədiklərini müşahidə ediblər: “Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Ermənipərəst deputat Natali ilə görüşmək istəyəndə bizi qəbul etməmişdi”.

Milli Məclisin sədri Sahibə Qafarova isə T.Gəncəliyevə bildirib ki, gərək elə o görüşmək istəməyəndə dərhal tviterdə status yazardınız: “O, Avropa Parlamentinin deputatı, siz isə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədrisiniz”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər