Səudiyyə Ərəbistanı 1968-ci ildən 2022-ci ilə qədər 99 milyondan çox ziyarətçiyə ev sahibliyi edib.
Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Baş Statistika İnstitutu açıqlayıb.
İnstitut 54 il ərzində Həcc ziyarətinə gələnlərin statistik məlumatlarını toplamağa başladığına diqqət çəkib.
Məlumata görə, 2023-cü il üçün ölkə daxilindən və xaricdən zəvvar namizədlərinin sayı 2,4 milyondur.
Ölkənin 2030-cu il baxışı çərçivəsində Məscidül-Həramda aparılan genişləndirmə işləri və COVID-19 epidemiyasının sona çatması ilə zəvvarların sayının artırılması hədəflənir.