4 İyul 2023 02:04
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəlzələ yenidən baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar”.

Teleqraf.com xəbər verir ki, bunları “Report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Bunların hamısı absurddur. Kiçik təkanlar var və olmalıdır, yəni avterşoklar, enerji boşalamaları gedir. Güclü təkanlar olub və cihazlar bunları qeydə alıb. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox - 65 kilometr dərinlikdədir. Bunun heç bir qorxusu yoxdur", - Q.Yetirmişli qeyd edib.

"İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxriibata, yazılan şayiələrə inanmasınlar. Gedib evlərində rahat yatsınlar. Qorxulu heçnə yoxdur", - Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər