Azərbaycanda hökm sürən kəskin hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.
Bu barədə Trend-ə aeroportdan bildiriblər.
Qeyd ediblər ki, təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir, təxirə salınmış reys yoxdur: "Adi günlərdə də baş verə bilən kiçik ləngimələri nəzərə alımasaq, vəziyyət normaldır".