Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun şəxsi əşyaları muzeyə təqdim olunub.
Bu barədə Teleqraf.com-a Tarix Muzeyindən məlumat verilib.
Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 3-cü Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi (2017–2020), şəhid Polad Həşimovun şəxsi əşyaları (hərbi kəməri, üzərində “Azərbaycan Ordusu 100 il” yazılmış qələmi, təsbehi və əlyazmaları) onun həyat yoldaşı Ofelya Salmanova tərəfindən muzeyə təqdim edilib.
Qeyd edək ki, muzeyin yeni qurulan ekspozisiyasında general-mayor Polad Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb. Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.