Gədəbəy rayonunun Söyüdlü kəndində torpaq üzərində aparılan təhlilərin nəticəsinin açıqlanacağı vaxt məlum olub.
Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın işi ilə bağlı keçirilən brifinqdə bildirib.
Nazirin sözlərinə görə, iyulun 25-də nəticələr açıqlanacaq.