“Sığorta bazarına baxdıqda, düşünürəm ki, bu il ərzində qət etdiyimiz yol çoxdur”.
Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Sevil Mikayılova bildirib.
O deyib ki, rayon və kənd yerlərində çox ciddi sığorta problemi var.
“Həm özümüzün, həm də dünya təcrübəsindən istifadə etməliyik. Sığortalanmaya mane olan səbəblər çoxdur. Rayon yerlərində yaşayanlar elə düşünür ki, ev yanarsa, bunu dövlət təmir etməlidir. Lakin bu, doğru yanaşma deyil. Bunun üçün sığortaya müraciət olunmalıdır. Cəmiyyətimizdə sığorta təfəkkürü yoxdur. Bunun üçün maarifləndirici işlər aparmalıyıq. Elə etməliyik ki, sığortaçı da zərər çəkməsin. Problemlərin əsas qaynağı sığorta şirkətlərinə inamsızlıqdır”.