Azərbaycanda yeni sığınacaqlar yaradılması üzrə iş gedir.
Teleqraf.com-un məlumatına görə, bu barədə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
“Hazırda ölkədə 5 fəal sığınacaq vardır. Əlbəttə, onun imkanları mövcud ehtiyaca uyğun deyil. Regional sığınacaqların olması vacibdir və yaxın zamanda fəaliyyətə başlaması gözlənilir”, - deyə o qeyd edib.