Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quranın yandırılmasını qətiyyətlə pisləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.
“Azərbaycan XİN İsveç hakimiyyətini cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və nifrət zəminində bu cür cinayətlərin təkrarlanmasının qarşısını almağa çağırır”, - paylaşımda deyilir.