10 Avqust 2023 09:48
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron və Şəmkirdə qanunsuz tikintilərin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Şəmkir rayonu, Abbaslı kəndi ərazisində vətəndaş tərəfindən müvafiq icazəverici sənədləri olmadan tikinti işlərinin aparıldığı müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz inşa edilən tikili sökülüb.

Bundan başqa, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində müvafiq icazəverici sənədləri olmadan inşa edilən tikililər FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə sökülərək ərazi nəzarətə götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər