14 Avqust 2023 14:38
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan fermerlərin maddi təminatının və gəlirlərinin artırılması məqsədi ilə Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən şəkər çuğunduru alış qiymətləri artırılıb.

Teleqraf.com xəbər verir ki, 2023-24 təsərrüfat ilində qışlıq və yazlıq mövsümü üzrə qəbul olunacaq məhsulun alış qiymətləri ötən il ilə müqayisədə hər bir ton üçün şəkərlilik faizinə müvafiq olaraq 4 manat artırılıb.

Qeyd edək ki, şəkər çuğunduru alışı qiyməti ötən il də 5 manat artırılmışdı. Beləliklə , şəkər çuğundurunun 1 tonunun alış qiyməti orta hesabla 16 faiz optimal şəkərlilik dərəcəsinə uyğun olaraq 85 manata çatdırılıb.

Əlavə olaraq bildiririk ki, ötən ilə nisbətən bu il dövlət tərəfindən də hər ton şəkər çuğunduruna subsidiya məbləği də 6 manat artırılıb.

Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən hər bir ton üçün ödənilən məhsul subsidiyasının məbləği 12 manatdan 18 manata çatdırılıb.

Qeyd edək ki, fəaliyyətə başladığı gündən İmişli və ətraf bölgələrdə yaşayan insanların sosial-rifah halının yüksəlməsi, habelə ölkəmizin müxtəlif bölgələrində yaşayan on minlərlə fermerin həyat şəraitinin yüksəlməsində müstəsna rol oynayan İmişli Şəkər Zavodu fəaliyyətini tam gücü ilə davam etdirir və satış nöqtələrini kəsintisiz olaraq məhsulla təmin edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər