12 Yanvar 2015 18:15
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ərzində səyyar vergi yoxlamaları aparılmış vergi ödəyicilərinin 99,4 faizində vergi qanunvericiliyinin pozulması halları aşkar edilib. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən verilən məlumata görə, ötən dövr ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları nəticəsində 905 milyon 423,6 min manat əlavə vəsait hesablanıb. Bu məbləğin 62 faizini əlavə hesablanmış vergi məbləği, 38 faizini isə vergilərin azaldılmasına və digər hüquq pozuntularına görə tətbiq edilmiş maliyyə sanksiyası (faizlə birgə) təşkil edib.

Ümumilikdə 2013-cü illə müqayisədə 2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları zamanı cəmi əlavə hesablamanın məbləği 215 milyon 774,5 min manat və ya 31,3 faiz artıb. 2014-cü il ərzində başa çatdırılmış səyyar vergi yoxlamaları üzrə orta hesabla 1 yoxlamaya düşən hesablanmış cəmi əlavə vəsaitin məbləği 78,6 min manat təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 8,3 faiz çoxdur.

Əlavə hesablanmış vəsaitlərdə mənfəət vergisi 16,6 faiz, əlavə dəyər vergisi 29,1 faiz, ödəmə mənbəyində tutulan vergi (muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi istisna olmaqla) 40,8 faiz, sadələşdirilmiş vergi 1,6 faiz, sahibkarlıq fəaliyyətindən gəlir vergisi 1 faiz, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 5,4 faiz, digər vergilər isə 5,5 faiz təşkil edib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər