Azərbaycanda son 1 həftə ərzində (21-27 avqust) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 111 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 26 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 5 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 832 182 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 773 nəfər müalicə olunaraq sağalıb, hazırda 109 aktiv xəstə var. Bu günə qədər 10 300 nəfər vəfat edib.
Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 386, bu günə qədər isə ümumilikdə 7 671 823 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 70 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 927 olub.