Filosof, professor Niyazi Mehdinin səhhəti kəskin pisləşib.
Teleqraf.com xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən professor hemodializ müalicəsi alır.
Hemodializin son mərhələsində olan Niyazi Mehdi bu yaxınlarda yıxılaraq omba sümüyünü sındırıb.
Lakin əməliyyata aparılarkən məlum olub ki, ürəyində də ciddi problem var.
Əməliyyatdan imtina edən həkimlər ona ürəyinin cəmi 20 faizinin işlədiyini bildiriblər.
Müayinələr zamanı məlum olub ki, bütün bunlarla bərabər Niyazi Mehdi başqa bir neçə xəstəlikdən də əziyyət çəkir.
Həkimlər professsorun vəziyyətini ağır qiymətləndirib.//Bakupost.az