Bakının Səbail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Teleqraf.com-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, məhdudiyyətlərin səbəbi magistral su kəmərində qəzanın baş verməsidir.
Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.