İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun UEFA-ya qarşı qaldırdığı iddia ilə bağlı qərarını təxirə salıb.
Bu barədə Teleqraf.com-a Ağdam klubundan məlumat verilib.
Bildirilib ki, CAS Azərbaycan təmsilçisinin şikayətinə avqustun 29-da baxmalı olsa da, müraciətə rəsmi cavab verməyi qeyri-müəyyən müddətək uzadıb.
Qeyd edək ki, UEFA 44 gün davam edən Vətən müharibəsi zamanı “Qarabağ”ın mətbuat xidmətinin o zamankı rəhbəri Nurlan İbrahimovun sosial şəbəkədə yazdığı statusuna görə klubu 100 min avro məbləğində cərimələyib, İbrahimovu isə futboldan ömürlük uzaqlaşdırıb.
Ağdam təmsilçisi qərardan şikayət versə də, keçmiş əməkdaşının cəzası qüvvədə qalıb. Klub isə cərimə ilə bağlı etirazını İdman Arbitraj Məhkəməsi səviyyəsində gündəmə gətirib.