28 Sentyabr 2023 10:48
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb.

Mərkəzi Klinikadan Teleqraf.com-a bildirilib ki, onun müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

"Aparılan kompleks müalicəyə baxmayaraq ümumi vəziyyəti ağır olaraq qalır", - klinikadan qeyd olunub.

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub.

O, süni tənəffüs aparatına qoşulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər