2 Oktyabr 2023 01:42
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda məhkəmə Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.

Qeyd olunub ki, edamın nə vaxt icra ediləcəyi məlum deyil.

Qeyd edək ki, terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər