7 Oktyabr 2023 18:55
208
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qan xəstəlikləri ilə bağlı maarifləndirmə və qan donorluğunun təbliği” adlı layihəninin icrasını davam etdirir.

Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Qəbələ rayonu 1 nömrəli orta məktəbdə keçirilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon Təhsil şöbəsinin əməkdaşı Qurbanov Camal tədbiri giriş sözü ilə açaraq layihənin aktual mövzuya həsr olunduğunu qeyd edərək bildirdi ki, Qəbələ rayon təhsil işçiləri həmişə qanvermə aksiyalarında aktiv olublar.

Daha sonra çıxış edən "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin sədr müavini Emin Nəbili layihənin qan xəstəliklərinin yayılmasının qarşısının alınması üçün dövlətin gördüyü işlərə ictimai dəstək məqsədi daşıdığını bildirdi.

E. Nəbili qeyd etdi ki, son dövrlərdə Azərbaycanda çox sayda tibb müəssiəsələri tikilib istifadəyə verilib, ən son müasir tibb avadanlıqlarla təhciz edilib:

"Lakin elə xəstəliklər vardır ki, onların qarşısının alınması insanların öz əlindədir. Belə xəstəliklərdən olan qan xəstəliklərinin də yayılmasının qarşısının alınması üçün əhalinin maarifləndirilməsinə ehtiyac var. Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş dövlət proqramında da əhalinin, həmçinin orta və ali məktəblərdə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də talassemiya xəstələri qayğı ilə əhatə olunub".

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin uşaq hematologiya şöbəsinin həkimi Nailə Babayeva qan xəstəliklərinin yayılma səbəbləri, müalicə və müayinəsi barədə iştirakçılara məlumatlar çatdırıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Tədbirdə Qəbələ rayon 1 nömrəli məktəbinin müəllimləri, valideynlər və şagirdlər iştirak edirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər