“Ailəm və mən minlərlə İsrail vətəndaşı kimi saatlarla sığınacaqda qalmalıyıq. Mən fərq qoymadan raket hücumlarını və dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Terrorçular tərəfindən qaçırılaraq vəhşicəsinə, pis rəftar edilən qadın və uşaqlar da daxil olmaqla çoxsaylı mülki şəxslərin oğurlanması məni dəhşətə gətirir.
Bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”, - səfir sosial şəbəkə hesabına yazıb.