Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.