Zambiyada qarayara xəstəliyinə 330-dan çox yoluxma halı müəyyən edilib, onlardan 4-ü dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Silviya Masebo bildirib.
Ölkədə qarayara xəstəliyinə yoluxmaların sayı 335-ə çatıb. On vilayətdən 6-da yoluxma halları aşkarlanıb.
S.Masebo qeyd edib ki, insanlar qarayara aşkarlana heyvanların ətini yeyərək yoluxublar.
Qeyd edək ki, törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.