“Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət dövlət büdcəsinin tərtibatında da özünü göstərməkdədir".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova bu gün "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.
Spiker bildirib ki, dövlət büdcəsinin layihəsi ölkə həyatında müşahidə olunan müsbət dinamikanı əks etdirir:
“Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlirləri ildən ilə artır. Gələn ilin dövlət büdcəsinin gəlirlərinin rekord həddə olması görülən işlərin nəticəsidir. Belə ki, sosialyönümlü dövlət büdcəsinin 7 faiz artıq olması fikrimizi bir daha təsdiq edir”.