Bu gün Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, fasilə su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.