17 Noyabr 2023 12:47
8 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bank sektorunda tariflərin tənzimlənməsi və xüsusən xərclərin azaldılması çox vacibdir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vüqar Bayramov deyib.

O, qeyd edib ki, bəzi banklarda növbəti aydan sms-məlumatlandırma xidməti üzrə xərclər iki dəfə artırılacaq:

“Bu gün gələndə mənim xidmətindən istifadə etdiyim banklardan birindən sms aldım. Böyük ehtimalla bütün müştərilərə həmin sms göndərilir. Belə ki, əgər müştəri mədaxili və ya kredit ödənişlərini “MilliÖn” və digər aparatlar vasitəsilə həyata keçirirsə, o ödənişlərin tarifsiz, yəni xərcsiz hissəsi məhdudlaşdırılacaq. Yəni vətəndaş “MilliÖn” vasitəsilə 3 min manatdan artıq ödəniş edirsə, o zaman 0,5 % əlavə ödəniş edəcək. Yəni həmin müştəridən 0,5 % əlavə xidmət haqqı tutulacaq.

Ötən iclasımızda bu məsələlərə toxunuldu. Amma biz ötən iclasdan sonra bəzi xidmətlər üzrə əksinə olaraq tariflərin artmasını müşahidə edirik. Halbuki bunun üçün praktik bir iqtisadi əsas yoxdur. Çünki mobil xərclərdə, kommunikasiya xərclərində artım yoxdur. Belə olduqda bank xidmətlərinin tariflərində artımların olmasının iqtisadi baxımdan əsaslandırılması çox çətindir və praktiki olaraq mümkün deyil”, - deyə deputat əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər