20 Noyabr 2023 00:29
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Pirkəkə kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər