21 Noyabr 2023 11:45
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz müharibəni kişi kimi apardıq, heç bir mülki şəxsin burnu da qanamadı. Ancaq ABŞ Azərbaycanın müstəqilliyini, 44 günlük müharibədəki qələbəsini qəbul edə bilmir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O bildirib ki, ABŞ əvvəl sülh müqaviləsinin imzalanmaması üçün Fransanı qabağa verirdi: “ABŞ-da indi belə qərar ona görə qəbul olunur ki, Azərbaycanın müstəqilliyini, Azərbaycanın 44 günlük müharibədə qələbəsini qəbul edə bilmirlər. İndi gördü Fransa bacarmır, özü düşüb ortaya, Azərbaycan Prezidentinin müstəqil siyasət yürütməsini qəbul edə bilmirlər. Onlar qəbul edə bilmirlər ki, biz Türkiyəylə Şuşa Bəyannaməsi imzalamışıq”.

Ziyafət Əsgərov qeyd edib ki, beynəlxalq hüquq işləmir: “Beynəlxalq hüquq onlara lazım olanda işləyir. Biz NATO-nun tədbirində idik. Onda biz həqiqətləri çatdırmaq üçün çıxışlar edirdik. Orada mənə dedilər ki, eşitmişik, siz universitetdə professorsunuz. Beynəlxalq hüquq kitablarda olur, onu gedib tələbələrinizə dərs deyərsiniz. Ermənistan bizə milyardlarla ziyan vurub. Heç bir dövlət işğal illəri ərzində Ermənistana bir dənə sanksiya tətbiq etmədi, əksinə, indi biz belə təhdidlərə məruz qalırıq”.

Musa Qasımlı deyib ki, son 30 ildə biz ABŞ-dan ədalət görmədik, Azərbaycan özü ərazi bütövlüyünü təmin etdi.

O qeyd edib ki, Azərbaycanın tarixi qələbəsindən sonra ABŞ-ın Azərbaycanı təbrik etməsini gözləyirdik:

"Amma bu baş vermədi. Görünür, ABŞ Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini istəmir. Vaxtilə azərbaycanlılar öz ev-eşiklərindən qovulanda onlar niyə səslərini çıxarmırdılar? Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal ediləndən sonra torpaqlarımızda tarixi-mədəni abidələrin məhvinə də ABŞ reaksiya verməyib".

Musa Qasımlı hesab edir ki, qazandığımız qələbə tək Ermənistan və dünya erməniliyi üzərində deyil: "Ona görə də, biz daha güclü olmalıyıq".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər