23 Noyabr 2023 14:47
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2023- cü il - Heydər Əliyev ili” çərçivəsində Abşeron rayonunda 20 noyabr - “Uşaq Hüquqları Konvensiyası”nın qəbul olunması münasibətilə “Ümummilli Lider Heydər Əliyev və dövlət uşaq siyasəti” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, konfrans Abşeron RİH-nin təşəbbüsü ilə baş tutub.

Konfransda Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova, Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis mayoru Orxan Rzayev, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, şəhid övladları və məktəblərin qabaqcıl şagirdləri iştirak ediblər.

Konfransda çıxış edənlər qeyd ediblər ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların sağlam, firəvan böyüməsi, hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.

Bu gün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasəti Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir, uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün dövlət proqramları qəbul edilir, sosialyönümlü layihələr icra olunur.

Konfrans çərcivəsində rayonun ümumtəhsil məktəblərinin fəal şagirdləri inkişaf, iştirak, yaşamaq və müdafiə hüquqları mövzsunda çıxışlar edib, şəhid övladlarının “Mənim atam qəhrəmandır” adlı kompozisiyası nümayiş edilib.

Sonda “Uşaq hüquqlarının müdafiəsi” istiqamətində səmərəli fəaliyyətinə görə bir sıra müvafiq qurumların əməkdaşları mükafatlandırılıb.

Məlumat üçün qeyd edək ki, Abşeron RİH-in təşəbbüsü ilə “20 Noyabr - Ümumdünya Uşaq Hüquqları günü” münasibəti ilə rayonun təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.









Müəllif: Teleqraf.com

Oxşar xəbərlər