27 Noyabr 2023 14:58
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Dünya Bankının əməkdaşlığı çərçivəsində bu ilin ikinci yarısında icrasına başlanılmış “Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” qrant layihəsinin ilkin mərhələsi – iştirakçıların qeydiyyatı və seçim mərhələsi başa çatıb.

Bu barədə Teleqraf.com-a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin təmsil olunduğu Seçim Komitəsinin iclasında layihədə iştirak üçün müraciət edən məcburi köçkünlər arasından seçilmiş 364 benefisar təsdiq olunub. Onlar müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnəcək, biznes dəstəyi əldə edəcək, həmçinin iş yerləri və özünüməşğulluq imkanları ilə təmin olunacaqlar.

Ümumilikdə layihədən 1000 nəfərdən çox benefisiarın bəhrələnməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com