3 Dekabr 2023 20:08
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid Nəzər Əzizovdan bəhs edən "Qisas əməliyyatı" kitabı işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, şairə Yadigar Təvəkgülün müəllifi olduğu kitabda şəhidin həyat yoluna, xüsusilə də, hərbi fəaliyyətinə geniş yer verilib.

Nəzər Ağacəlil oğlu Əzizov 1991-ci ildə Kürdəmirin Dəyirmanlı kəndində anadan olub.
12 sentyabr 2022-ci ildə Kəlbəcərdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Müdafiə Nazirliyinin Yaşma - Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nəzər Əzizov 44 günlük Vətən müharibəsində fəal iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. Ölümündən sonra 3-cü dərəcəli Rəşadət ordeni ilə təltif olunub. Evli idi, iki övaldı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər