Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı azad olunan ərazilərdəki məscidlərə din xadimi təyinatı barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, komitə sədri jurnalistlərə açıqlamasında deyib ki, azad olunan ərazilərdə məscidlər, dini abidələr bərpa olunur.
Onun sözlərinə görə, Heydər Əliyev Fondu bu istiqamətdə geniş işlər görür:
“Bu yaxınlarda Şuşanın Yuxarı Gövhərağa məscidinə imam təyin edilib. Digər məscidlərdə təmir işləri başa çatdıqdan sonra müvafiq qurumların müraciəti əsasında müsahibədən keçmək şərti ilə din xadimlərinin təyinatı həyata keçiriləcək”.