Azərbaycanda təsərrüfat hesablı 3-4 qaleriya var. Bu, çox azdır. Qalereyaların fəaliyyətini stimullaşdırmaq üçün onlara vergi güzəştləri tətbiq olunsa, daha məqsədəuyğun olar.
Teleqraf.com xəbər verir ki, bu sözləri "Yeni Gallery" Bakı İncəsənət Məktəbinin rəhbəri Rəfael Gülməmmədov “Mədəni irs” forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, dünyasını dəyişən rəssamların irsi qorunmalıdır:
"Bu yaxınlarda rəssam Fazil Nəcəfov rəhmətə getdi. Onun irsi qalıb. O irsi övladlarının öhdəsinə vermək olmaz. Biz ona sahib çıxmalıyıq. Dediyim sözlər digər dünyasını dəyişən rəssamların əsərlərinə də aiddir. Düşünürəm ki, biz o irsin içindən ən vaciblərini seçməliyik. Bunu xüsusi yaradılmış komissiya etməlidir. Bunu etməsək, həmin dəyərli miraslar yoxa çıxacaq".