18 Dekabr 2023 15:10
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mədəni irs” forumunda "Azərbaycan xalçası-ilmələrin rəqsi” kitabının təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, kitab Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilib.

Kitabda oxuculara Azərbaycanda xalça sənətinin tarixi, qədim sənətin yaşadılması üzrə dövlət tərəfindən görülən tədbirlər, eyniadlı yeni kolleksiyanın ərsəyə gəlməsi prosesi barədə materiallar təqdim edilir.

Kitabın tərtibatçısı Xalq rəssamı Eldar Mikayılzadədir.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova

Oxşar xəbərlər