İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Kürdəmir şəhərində Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilir ki, vətəndaşlar sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, əmlak, vergi və s. məsələlərlə bağlı müraciət ediblər. Həmin məsələlərə qanunvericiliyə uyğun şəkildə baxılıb və aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.