21 Yanvar 2015 16:50
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Avropa Oyunları ilə əlaqədar olaraq Bulvar ərazisində yeniliklər olacaq.

Bu barədə Publika.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

Onun sözlərinə görə, ilk yenilik ərazinin genişləndirilməsidir.

“Bulvarın iki yeni hissəsi istifadəyə veriləcək. Bulvar Dəniz Vağzalından Nobel prospektinə qədər, Bayraq Meydanından 20-ci Sahə istiqamətində uzadılacaq. Bulvar ərazisi hər iki istiqamətdə 3 kilometr uzanacaq. Bütün Bulvar ərazisində qatarların hərəkəti nəzərdə tutulur”.

N.Məcidov bildirib ki, dəniz gəzintisinin də marşrutu daha geniş ərazini əhatə edəcək.

“Hazırda gəmilər “Kristal Holl”a qədər hərəkət edir. Lakin bundan sonra daha geniş ərazini əhatə edəcək ki, insanlar bütün bulvar ərazisini seyr edə bilsinlər. Bu gəzintilər üçün əlavə gəmilərin alınması nəzərdə tutulmur. Üç gəmimiz var, onlar kifayət edir”.

Bundan başqa, “Evrovision” yarışması ərəfəsində olduğu kimi, ərazinin tam wi-fi-la təmin edilməsi, burada işləyənlərin xarici dildə danışması, post-terminalların sayının artırılması istiqamətində işlər daha da gücləndiriləcək:


“Hazırda obyektlərin əksəriyyətində wi-fi, post-terminallar quraşdırılıb, lakin onların sayı daha da artırılacaq. Həmçinin əməkdaşların xarici dil bilgilərinin artırılması üçün də işlər aparılır”,- deyə N.Məcidov bildirib.


Bütün bu işlərin maya qədər başa çatması planlaşdırılır.


Müəllif: