COP29-un ölkəmizdə keçirilməsi mühüm önəm kəsb edir. Bu, "Yaşıl enerji"nin daha geniş aspektdə təşviqinə imkan verəcək.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əli Məsimli deyib.
O qeyd edib ki, ölkəmizdə su ehtiyyatları ilə bağlı məsələlər gündəmdədir: “Quraqlı dövründə ölkədə kənd təsərrüfatına ciddi ziyan dəyir. Təklif odur ki, digər təbii fəlakətələr kimi quraqlıq da təbii fəlakət kimi tövsib edilsin”.
Deputat bildirib ki, quraqlıqla bağlı kənd təsərrüfatına dəyən ziyanın qarşılanması ilə bağlı sığorta məsələsinə baxılmalıdır.