30 Dekabr 2023 12:55
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü il ərzində dövlət hesabına hüquqi yardıma görə ümumilikdə 39 830 qərarın icrası Azərbaycan Vəkillər Kollegiyası tərəfindən təmin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyanın sədri Anar Bağırov deyib.

O bildirib ki, icrası təmin olunan qərarlar üzrə ümumilikdə 4 999 982,10 manat (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 97 vəkil qurumuna və 38 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 973 vəkilə ödənişi təmin olunub.


Müəllif: Hacı Zeynalov