30 Dekabr 2023 17:22
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar 6 milyon 524 min 203 seçki bülleteni çap ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında məlumat verib.

Onun sözlərinə görə, seçki bülletenlərinin hazırlanması ilə bağlı bir sıra tədbirlər var: “Səsvermə gününə 35 gün qalmışa qədər səsvermə bülletenlərinin mətni, forması, sayı və qaydası hazırlanmalıdır. Seçki bülletenlərində namizədləri soyadı, adı, atasının adı əlifba sırası ilə göstərilir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər